Haqqımızda

“Hüquqi Müşayiət və Dəstək Xidməti” MMC etibarlılıq, peşəkarlıq və şəffaflıq prinsiplərini öz missiyası kimi qəbul edərək müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq edərək hüquqi konsaltinq xidmətləri göstərir. “Hüquqi Müşayiət və Dəstək Xidməti” MMC hüquqi proseslərin çətinliyi və mürəkkəbliyi qarşısında xidmət göstərdiyi sahələrdə peşəkar heyəti ilə müştərilərinə etibarlı hüquqi bələdçilik edir. Etibarlılıq və şəffaflığı qorumaqla, zamanın vacibliyini dərk edən peşəkar hüquqşünas heyəti ilə müştərilərinin hüquqi proseslərini tez və effektiv şəkildə idarə və həll edir. Hüquqi proseslərin davam etdiyi müddətdə müştərilərinin məlumat almaq hüququna xüsusi diqqət yetirir və mütəmadi hesabatlarla müştərilərini onların hüquqi proseslərinin nəticələri barədə məlumatlandırır.

Missiyamız

Missiyamız

Müştərilərimizə yüksək səviyyəli ixtisaslı hüquqi konsaltinq, müşayiət və təmsilçilik xidmətləri göstərməkdir.

Baxışımız

Baxışımız

Müştərilərimizi qarşılaşa biləcəkləri hüquqi problemlər barədə məlumatlandırmaq, onların əvvəlcədən hüquqi tədbirlər görmələrini təmin etmək və hər hansı bir problemlə qarşılaşdıqda problemlərini mümkün olan ən yaxşı şəraitdə həll etməklə etibarlı həll tərəfdaş olmaqdır.

Dəyərlərimiz

Dəyərlərimiz

Fəaliyyətimizdə peşəkarlıq, etik davranış, müştəriyönümlülük, etibarlılıq, risklərin əvvəlcədən müəyyən edilməsi və məxfiliyin təmin olunması prinsiplərinə sadiq qalaraq, müştərilərimizə yüksək keyfiyyətli hüquqi xidmət göstərmək əsas dəyərlərimizdir.

Peşəkarlıq

Hər bir hüquqi məsələyə dərin bilik və təcrübə ilə yanaşır, yüksək keyfiyyətli xidmət göstərmək

Dürüstlük

Müştərilərimizlə açıq, dürüst və şəffaf münasibətlər qurmaq

Müştəri yönümlülük

Hər bir müştərinin ehtiyaclarına fərdi yanaşır, onların qanuni mənafelərini yüksək səviyyədə qorumaq

Etibarlılıq

Müştərilərimiz üçün güvənli hüquqi tərəfdaş olmaq, onların problemini arxayınlıqla bizə həvalə etməsi üçün dayanıqlı dəstək göstərmək

Risklərin qabaqcadan müəyyən edilməsi

Yalnız problemləri həll etmirik – eyni zamanda müştərilərimizi qabaqlayıcı tədbirlər barədə məlumatlandırır, risklərin qarşısını almağa kömək edirik

Konfidensiallıq

Müştərilərimizin bütün məlumatlarını tam məxfi saxlayır, informasiya təhlükəsizliyinə xüsusi önəm veririk